CƏMİYYƏT

Fazil Məmmədovun komandası yol üstündə: Bu rayonların icra başçıları vəzifələrini itirə bilər — SİYAHI

Xəbər verdiyimiz kimi, vergilər naziri Fazil Məmmədov vəzifəsindən azad edilib.

Prezident İlham Əliyevin sərəncamı ilə Mikayıl Cabbarov təhsil naziri vəzifəsindən azad edilərək vergilər naziri təyin olunub.

A24.Az xəbər verir ki, hazırda hər kəsi F.Məmmədovun yaxın ətrafının aqibətinin necə olacağı maraqlandırır.

Məlumdur ki, eks-nazirin bir sıra yaxın adamları hazırda müxtəlif vəzifələrdə çalışırlar.

Onlar kimlərdir?

Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovF.Məmmədovun yeznəsidir-bacısının əridir.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov eks-nazirin yaxın ətrafının təmsilçilərindəndir.

Gədəbəyin icra başçısı Ramiz Yediyarovun da bilavasitə F.Məmmədovun himayəsində olduğu deyilir.

Vergilər nazirinin müavini Namiq Əliyev isə eyni zamanda Fazil Məmmədovun qudasıdır.

Paylaş:
Загрузка...