CƏMİYYƏT

General Elçin Quliyevə ağır cəza tələbi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə,  Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqı başa çatıb.
Prokuror çıxışında Elçin Quliyevin 15 , Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin, hər iki şəxsin medal və rütbələrinin əllərindən alınmasını və əmlaklarına həbs qoyulmasını tələb edib.
Paylaş:
Загрузка...