CƏMİYYƏT

Girovlardan yeni XƏBƏR – Ailələrinə təzə məlumatlar verilib

Ötən həftə Beynəxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı girovlar – Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib.

 

Panorama.az xəbər verir ki, bu barədə Modern.az-a BQXK-nin Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O qeyd edib ki, şəxslərdən ailələrinə məlumatlar çatdırılıb, eyni zamanda ailələrinə çatdırılması üçün məlumatlar götürülüb.

 

2014-cü il iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər.

İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.

 

Azərbaycan vətəndaşı Elnur Hüseynzadə isə 2017-cilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.

Paylaş:
Загрузка...