CƏMİYYƏT

Gürcüstan şokda: Lotu Qulinin adamları ölkəni qarışdırdı

Gürcüstanın Zestofani şəhərində cinayət qrupuna qarşı xüsusi əməliyyat keçirilib.

A24.Az xəbər verir ki, əməliyyat zamanı soyğunçuluqda ittiham olunan iki nəfər saxlanılıb.

Cinayət qrupunun digər üzvləri isə Batumidə üzə çıxıb. Onlar 5 nəfər olub. Dəstənin üzərinə baxış keçirilərkən onlardan pul və çox sayda silah aşkar olunaraq götürülüb.

Məlum olub ki, dəstənin oğurladığı məbləğ 140 min ABŞ dollarıdır. Lakin polis məbləğin sadəcə 90 minini geri ala bilib.

Cinayətkar dəstənin üzvləri “Quli Bakinski” ləqəbi ilə tanınan Nadir Səlifovun adamlarıdır.

Nadir Səlifov  Dmanisi rayonunda anadan olub və etnik azərbaycanlıların ən nüfuzlu şəxslərindən biridir.

Paylaş:
Загрузка...