CƏMİYYƏT

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” — 5 il

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

«Panorama»nın məlumatına görə, Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Cəmiyyətin 5 illik fəaliyyətini əks etdirən 25 dəqiqəlik sənədli hesabat filmi nümayiş etdirilib.

Yubiley tədbirində qonaqlar və Cəmiyyətin 200-dən artıq şəxsi heyəti iştirak edib.

Hər işində diqqəti qayğını dəyərləndirən cəmiyyət hərbi vətənpərvərliyin təbliğində əməyi olan kütləvi informasiya vasitələrininin işinə yüksək qiymət verib. Belə ki, hərbi vətənpərvərlik mövzusunu ən çox işıqlandıran “TELEVIZIYA KANALI” nominasiyasında «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyəti, Hərbi vətənpərvərlik mövzusunu ən çox işıqlandıran “QƏZET” nominasiyasında “Xalq qəzeti”, Hərbi vətənpərvərlik mövzusunu ən çox işıqlandıran “XƏBƏR AGENTLİYİ” nominasiyasında “Azərbaycan Dövlət İnformasiya Agentliyi”, Hərbi vətənpərvərlik mövzusunu ən çox işıqlandıran “XƏBƏR SAYTI” nominasiyasında “AzeriDefence” saytı Fəxri Diplomla mükafatlandırılmış və xatirə hədiyyələri bağışlanıb.

Bununla yanaşı yeniyetmə və gənclər arasında yaradıcılığı və hərbi vətənpərvərliyi təbliğ etmək, eləcə də ictimaiyyətin diqqətini “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin 5 illik fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərə yönəltmək məqsədi ilə elan olunmuş “Ən yaxşı hərbi vətənpərvərlik simvolikası” və “Ən yaxşı hərbi vətənpərvərlik şüarı” nominasiyalarında qaliblərə Cəmiyyət adından Fəxri Diplom və qiymətli hədiyyələr təqdim olunub.

Eyni zamanda vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsinin təbliğində və çağırış yaşlı gənclərin xüsusi hərbi ixtisaslar üzrə hərbi xidmətə hazırlanması işinin təşkilində Cəmiyyətin fərqlənən əməkdaşları Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunub.

Sonda Cəmiyyət sədri Şahvələd Əliyev “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin yaradılmasının əhəmiyyətini bir daha diqqətə çatdırmış, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Cəmiyyət qarşısında qoyduğu vəzifələrin bundan sonra da layiqincə yerinə yetiriləcəyini ifadə edib.

Yubiley tədbirinə müsiqili proqramla yekun vurulub.

Paylaş:
Загрузка...