CƏMİYYƏT

“Həyat cinsi yolla yoluxan ölümcül xəstəlikdir”

Kinoda uzun karyerası ərzində o, indiyədək az adamın risk etdiyi «intellektual komediya» adlanan yeni janr yarada bilib. Məhz buna görə də rejissorun «Viki Kristina Barselona», «Enni Holl», «Parisdə Gecəyarısı», «Sensasiya», “Manhetten” kimi filmlərinə sonsuzadək yenidən baxmaq olar.

Dövrümüzün görkəmli filosoflarından olan Vudi Allen hər filmində fəlsəfi mühakimə yürüdür. Kino dilini fəlsəfəyə yaxınlaşdıran 82 yaşlı bu ustad qadın-kişi münasibətləri, həyatın mənasızlığı, tənhalıq, mədəniyyət problemləri kimi mövzular haqqında bildirdiyi fikirlər aforizmə çevrilir.

Publika.az oxucuları «Royal kazinosu», «Ərlər və arvadlar», «Enni Holl», «Sirli naməlum görüş», «Parisdə gecəyarı», «Roma məcəraları», «Mavi Jasmin» kimi gözəl filmlərin müəllifi, məşhur rejissor, ssenari müəllifi, aktyor və prodüsser Vudi Allenin istehzalı və müdrik fikirləriylə tanış edib.

Məhəbbətsiz seks boş təcrübədir, amma boş təcrübələr arasında ən yaxşısıdır.

Woody Allen'dan hayata ve ilişkilere dair 17 bıçak gibi söz

Məhəbbət cavabdır, amma siz cavabı gözləyərkən seks bir neçə gözəl və maraqlı suala yol açar.

Məni ölümdən sonra deyil, doğuşdan sonra həyat olub-olmadığı maraqlandırır.

Əgər Tanrı varsa, ümid edirəm ki, yaxşı bir bəhanəsi var.

Woody Allen'dan hayata ve ilişkilere dair 17 bıçak gibi söz

Mən bizim yuxarıdan izləndiyimizə və hər şeyi görən gözün olduğuna inanıram, təəssüf ki, bu hökumətdir.

Həyat toplama düşərgəsi kimidir. Ölmədən tərk edə bilməzsiniz.

Həyat cinsi yolla yoluxan ölümcül xəstəlikdir.

Həyatda eşidə biləcəyiniz ən gözəl cümlə «Səni sevirəm” deyil, “Şiş xoşxassəli çıxdı” cümləsidir.

Ölümdən sonra həyat varsa və hamımız eyni yerdə görüşəcəyiksə, məni axtarmayın, özüm sizi taparam.

Əgər insanların yumor hissi daha güclü olsaydı, biz indi tamam başqa dünyada yaşayardıq.

Woody Allen'dan hayata ve ilişkilere dair 17 bıçak gibi söz

Həqiqətən çox məhdud qabiliyyətli aktyoram, yalnız iki rolu oynaya bilərəm: ya intellektualı, ya da istənilən alçağı.

Sevgi və seks arasında böyük fərq var: Seks çaşqınlıq və yöndəmsizlik hissini aradan qaldırır, məhəbbət onu yaradır.

Mən çox arzulayıram ki, bir il məzuniyyət götürüm. Ancaq əzab vicdan məni həmişə yaxalayır, çünki növbəti film üçün mənə pul vermək istəyənlər çoxdur və nəticədə belə nəticəyə gəlirəm ki, verirlərsə, götürmək lazımdır.

Min illik mədəniyyətdən sonra bəşəriyyət hələ də sevməyi öyrənə bilməyib…

Həyatda sevdiyim hər şey ya qeyri-etikdir, ya qeyri-qanunidir, ya da kökəldir.

Woody Allen'dan hayata ve ilişkilere dair 17 bıçak gibi söz

Allahı güldürmək istəyirsənsə, ona planlarınızdan danışın.

İntellektuallar də mafiya kimidir, yalnız özündən olanı vurur.

Bir insanla birlikdə nə qədər boş-boş danışırsınızsa, o qədər səmimisiniz.

Woody Allen'dan hayata ve ilişkilere dair 17 bıçak gibi söz

Humanizm öldü, Marksizm öldü, Feminizm öldü və Allah sizi inandırsın ki, mən də özümü yaxşı hiss etmirəm!

Mən sizin üçün ateist, Allah üçün isə konstruktiv müxalifətəm.

İstənilən vəziyyətdə xoşbəxt olmağın yeganə yolu əzabı sevməkdir.

Woody Allen'dan hayata ve ilişkilere dair 17 bıçak gibi söz

Var-dövlət yoxsulluqdan yaxşıdır, ancaq yalnız maddi məsələlərdə.

Xoşbəxtlik səndə olanları qiymətləndirmək istedadıdır, olmayanları yox.

Woody Allen'dan hayata ve ilişkilere dair 17 bıçak gibi söz

Mən əqidəli bədbinəm. İndiyə qədər iyrənc və miskin insanları ayırıram.

Woody Allen'dan hayata ve ilişkilere dair 17 bıçak gibi söz

Mən özüm heteroseksualam, amma biseksuallıq şənbə günü axşam tanışlığı üçün şanslarınızı iki dəfə artırır.

Ölüm arzusu da ehtirasdır.

Woody Allen'dan hayata ve ilişkilere dair 17 bıçak gibi söz

Paylaş:
Загрузка...