CƏMİYYƏT

Hava kəskin dəyişəcək — XƏBƏRDARLIQ

Sentyabrın 23-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. 

Şimal-şərq küləyi əsəcək.

ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə  18-22° isti, gündüz  29-34° isti, Bakıda gecə  19-21°, gündüz  30-32° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 761  mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  gecə 75-85 %, gündüz  30-35 % olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 23-də Abşeron yarımadasında  temperaturun bir qədər yüksək olması fonunda rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, 24-də mülayim xəzri küləyinin əsməsi müsbət amildir.

Azərbaycanın şimal rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz  29-34° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti olacağı gözlənilir.

Sentyabrın 23-ü gündüzdən 26-dək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Paylaş:
Загрузка...