CƏMİYYƏT

İki ilahiyyatçının HURİ müzakirəsi: «Cənnətdə bir qadına neçə kişi veriləcək?»

İlahiyyatçı Nahid Məmmədov hurilərin mövcudluğu haqda fikirlərilə diqqət çəkib.

A24.Az xəbər verir ki, o, Allahdan qorxanların və onun rizasını qazananların cənnətdə hurilərlə mükafatlandırılacaqlarını bildirib.

“Huri – Cənnətdə yaşadığına inanılan və Allahın rizasını qazanan mömin kəslərə nemət kimi verilən cənnət qızlarıdır. Qurani-Kərimdə bu barədə belə buyurulur: “Allahdan lazımı şəkildə qorxanları Cənnətdə yekə gözlü hurilərlə evləndirəcəyik”. Ümid yaxşı şeydir. Ümidinizi kəsməyin! Allahın vədi mütləqdir!” – deyə N.Məmmədov qeyd edib.

Onun bu sözləri birmənalı qarşılanmayıb. İlahiyyatçı Elşad MiriN.Məmmədovun fikirlərinə münasibət bildirib. O, ilahiyyatçının dediklərinin həqiqət olduğu təqdirdə bəzi sualların ortaya çıxdığına diqqət çəkib:

“Nahid Məmmədov mömin kəslərə nemət kimi cənnət qızlarının veriləcəyini yazıb və ümidi üzməməyi deyib. Mənə maraqlıdır, qadınlar ümidlərini üzsünlər? Yoxsa kişilərə hurilər verildiyi kimi, onlara da nurilərlər, ğılmanlar veriləcək? Bir qadına neçə kişi veriləcək? İnsanların niyə deist olduqlarını anlamaq bu qədər çətindir?”

Paylaş:
Загрузка...