CƏMİYYƏT

İlham Əliyev Lütfi Zadənin vəfatı ilə əlaqədar nekroloq imzaladı

Prezident İlham Əliyev, Azərbaycan dövlətinin və hökumətinin rəsmi nümayəndələri dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.

Panorama.az AzərTAc-a istinadən bildirir ki, nekroloqda deyilir: “Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli alim, ABŞ-ın Kaliforniya Universitetinin professoru, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 2017-ci il sentyabrın 6-da ömrünün 97-ci ilində vəfat etmişdir”.

Nekroloqu İlham Əliyev, Mehriban Əliyeva, Artur Rasi-zadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Akif Əlizadə, Mikayıl Cabbarov, İbrahim Quliyev, Rasim Əliquliyev, Telman Əliyev, Fikrət Əliyev və Arif Paşayev imzalayıblar.

Paylaş:
Загрузка...