CƏMİYYƏT

İnsanları vəhşiləşdirən qidalar hansılardır?

Son günlər onlarla dəhşət saçan xəbərlərlə rastlaşırıq. İnsanların bir-birini amansızca öldürməsi, işgəncə verməsi, kişilərin körpələrə təcavüzü kimi hallar geniş vüsət alıb. Sözügedən halların baş vermə səbəbləri müxtəlif olsa da, bunlardan biri doğru qidalanmamaqdır.

Bu haqda musavat.com saytına açıqlamasında həkim-diyetoloq Leyla Zülfüqarova məlumat verib.

O, bildirib ki, GMO (Geni Modifikasiya olunmuş qidalar) tərkibli qidalar insanlarda mərhəmət hissini məhv edir və onları azğınlaşdırır: “Rastlaşdığımız sözügedən xəbərlər cəmiyyətə ciddi siqnal verir. Cəmiyyətimi 2-3 istiqamətdə məhv olur. Həm xərçəng kimi ağır xəstəliyin cavanlaşması, həm də öküz-əqrəb genlərinin tərəvəzlərə vurulması fizioloji cəhətdən ən ciddi təhlükədir. Bu cür genlərin ötürdüyü aqressiya dəhşətli hadisələrə gətirib çıxarır. Cəmiyyət olaraq GMO qidalardan uzaq durmalıyıq. GMO-lar narkotik qədər qorxuludur. Sinir sisteminin fəaliyyətini tamamilə dondurur, baş-beyində vacib funksiyalara ciddi zərər yetirir. Insanlarda mərhəmət hissini məhv edir. Onlar vəhşi hərəkətlər edərək anlıq həzz yaşayırlar. Bu gün ölkəmizdə Geni Modifikasiya olunmuş qidaların istehsalı və istehlakı qadağan edilib. Lakin qaçaqçılar istənilən yolla bu zəhərli qidaları Azərbaycana gətirməyin üsullarını tapırlar. Ona görə də bu məsələyə bir daha baxılmalı və həmin qidaların satışı qadağan edilməlidir”.

GMO qidalar hansılardır?

Diyetoloq deyir ki, bu siyahıya fast-fudlar, böyük ölçülü toyuq budları, enerji içkiləri, popkornlar aiddir: “Kola məhsullarının tərkibi GMO-dan ibarətdir. Bu uzun müddətdir ki, öz təsdiqini tapıb. Uşaqların sevərək yediyi bütün fast-fudlar, çizburger, qamburgerlərin tərkibi GMO-dur. Normadan artıq ölçüdə olan toyuq budları da bu siyahıya aiddir. Məşhur restoranlarda fast-fud menyular ucuz qiymətə satıldığı üçün insanlar oraya axışır. Qidalara dad artırıcı əlavə edildiyi üçün həmin məhsullar çox dadlı olur və uşaqların sevimlisinə çevrilir. Valideynlər uşaqlarını fast-fudlardan qorumalıdırlar. Ölkəmizdə çörək məhsulları belə doğru hazırlanmır. Bu sahəyə yatırımlar edib, sağlam qidaların hazırlanması üçün çalışmalıyıq.

Tərkibinə öküz sperması vurulan bir çox içki növləri var. Buraya bəzi kofe növləri, enerji və sərinləşdirici içkilər aiddir. GMO-lar ilk olaraq taxıl məhsullarında, paxlalılar qrupunda tətbiq olunmuşdur. Popkornlarda da GMO olma ehtimalı var. Güclü laboratoriya bunu yoxlasa, gözəl olar.

Biz — sağlam qida təbliğatçıları cəmiyyəti daim məlumatlandırmalıyıq. Dəhşətli hadisələrin qarşısını almağa cəhd etməliyik”.

Paylaş:
Загрузка...