CƏMİYYƏT Xüsusi

İŞİD-çi olan 200 azərbaycanlı qadın saxlanılıb? — AÇIQLAMA

İraqın təhlükəsizlik qüvvələrinin İŞİD-lə əlaqədə şübhəli bilinən 512 rusiyalı qadını saxlaması haqda məlumat yayılıb. Virtualaz.org “Basnews” nəşrinə istinadən xəbər verir ki, bundan əlavə, eyni ittihamla saxlanılanlar arasında 200-ə yaxın azərbaycanlı qadın var.

Məsələ ilə bağlı Azərbaycan XİN açıqlama yayıb.

«Azərbaycanlıların İraqda saxlanılması faktları araşdırılır».

Bunu virtualaz.org-a Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

“Bu kimi məlumatlar yeni deyil. Faktlar araşdırılır və öyrənilir. Azərbaycan tərəfi İraqdakı səfirliyimiz vasitəsilə məsələ ilə əlaqədar İraqın müvafiq qurumları ilə daimi əsasda təmasdadır”, — deyə Hikmət Hacıyev vurğulayıb.

Paylaş:
Загрузка...