CƏMİYYƏT

İstilər yenidən qayıdır — SABAHIN HAVA PROQNOZU

Oktyabrın 30-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Panorama.az-a verilən məlumata görə, sabah paytaxtda havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 14-16° isti, gündüz  20-25° isti, Bakıda gecə  14-16°, gündüz  23-25° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi normadan aşağı 754 mm civə sütunundan 749 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə  60-70 %, gündüz  40-50 % olacaq.

Azərbaycanın rayonlarında da əsasən yağmursuz hava şəraiti gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama doğru  bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  10-15°, gündüz  21-26° isti, dağlarda gecə 5-10°, gündüz 15-20° isti olacağı gözlənilir.

Paylaş:
Загрузка...