CƏMİYYƏT

Jurnalisti təhqir edən direktorun milyonluq villaları — FOTOLAR

Jurnalisti təhqir edən Sabunçu rayon 187 saylı tam orta məktəbin direktoru Nailə Məmmədovanın dəbdəbəli villalarının görüntüləri üzə çıxıb. 

A24.az xəbər verir ki, sözügedən bahalı villalar paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşir. Villaların qiymətinin milyon manatdan çox olduğu deyilir. Həmin villaların direktor Nailə Məmmədovaya aid olmasını kənd sakinləri də təsdiq edib.

Qeyd edək ki, Axar.az-ın redaksiyasına da göndərilən həmin məktubda illərdir pedaqoji fəaliyyətlə məşğul olduğunu deyən şikayətçi məktəb direktoru Məmmədova Nailənin müəllimlərdən aylıq haqq tələb etdiyini, onları ağır sözlərlə təhqir etdiyini qeyd edib.

Adının açıqlanacağı təqdirdə direktorun təzyiqi ilə üzləşəcəyindən ehtiyat etdiyini vurğulayan məktub müəllifi 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovanın hər bayramda “bayrampayı” adı ilə şagirdlərdən müəyyən məbləğdə pul yığdırdığını, məktəbin xadimələrini evində qulluqçu kimi işlətdiyini də iddia edib. Nailə Məmmədovaya qarşı irəli sürülən başqa bir ittiham isə onun uşaqların 1-ci sinifə qəbulu, dərs bölgüsü, attestatların satılması, fond pulu, təmir pulu və s. məsələlərdə suçlanmasıdır.

Sözügedən şikayətlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün sayt Sabunçu rayon 187 saylı tam orta məktəblə əlaqə saxlayıb. Özünü direktor müavini kimi təqdim edən şəxs sayt əməkdaşını təhqir və təhdid edib.

“Get, işinlə məşğul ol! Deyəsən, sənin başın bədəninə ağırlıq edir. Get, öyrən, gör, sən kimə zəng eləmisən. Nailə xanım kimi təhqir edib, kimdən pul alıb?! Sübutun varsa, yaz! “Dux”un varsa, dediklərinin arxasında dayan! Səni məhkəməyə verib, başına oyun açaram. Çox ayıb olsun. Sənin “Axar.az”ına da ayıb olsun, axmayan ağzına da ayıb olsun… Tərbiyəsiz!”

Paylaş:
Загрузка...