CƏMİYYƏT

Kəmaləddin Heydərov hadisə yerindədir

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında baş vermiş yanğın davam edir.

APA xəbər verir ki, yanğın miqyası azalsa da, kiçik partlayışlarla müşayiət olunur.

Partlayış nəticəsində ətraf ərazilərə uçuşan sursatların törətdiyi yanğınların qarşısı isə alınıb.

Sursatların Giləzi kəndində bir neçə evdə və boş ərazilərdə səbəb olduğu yanğınlar söndürülüb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ qərargah yaradılıb.

Qərargah əhalinin evakuasiyası və yanğının qarşısının alınması işləri aparır.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov nazirliyin rəhbər heyəti ilə birgə hadisə yerindədir.

Paylaş:
Загрузка...