CƏMİYYƏT

Kardioloqdan VACİB XƏBƏRDARLIQ: yaxın 3 gündə…

“Yaxın 3 gündə gözlənilən geomaqnit qasırğası səbəbindən aritmiya, hipertaniya, ürəyin işemik xəstəliyi olanlar daha diqqətli olmalıdır. Çünki, bu insanlarda meteohəssaslıq arta bilər”.

Bu sözləri Publika.az-a açıqlmasında C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitunun direktoru Adil Baxşəliyev deyib.

Onun sözlərinə görə, geomaqnit burulğanları zamanı bu insanlarda hipertonik krizlər qorxuludur. Bu kriz sonradan insult əmələ gətirə bilər: “Bu xəstələr içdikləri dərmanların dozasını 25 faiz artırmalıdır. Havanın dəyişkənliyi steneokardiyası olan xəstələrdə ağrılar və tutmalar çoxala və bu, infarktla nəticələnə bilər. Həmçinin aritmiyaların da sayı arta bilər. Sinir sisteminin simpatik şöbəsinin aktivliyi artır, qanda narahat edici hormonlar çoxalır. Bunlar da ürək-damar sistemi, böyrəyə ziyanlı təsir edirlər”.

A.Baxşəliyev bildirib ki, yüksək təzyiqi olan insanlar bu cür xəbərdarlıqlardan sonra gün ərzində tez-tez təzyiqlərini ölçürlər, lakin bu, doğru deyil:

“Sinir sistemi normal olmayan insanlar, qan təzyiqi olduğunu biləndə bəzən gündə 10 dəfə təzyiq ölçürlər. Tibbi tələblərə görə 3 dəfə ölçmək lazımdır. Bundan başqa satışda olan tanometrlərin əksəriyyəti doğru işləmir, 10-25 dərəcə səhv ölçür. Ən doğrusu civə tanometridir. İnsanlar bu alətlərdən asılı olmamalıdırlar. Lakin qan təzyiqi olduğunu bilib, həyatlarını ona uyğun qurmalıdırlar”.

A.Baxşəliyev bildirib ki, bu günlərdə xroniki xəstəlikləri olanlar gərgin iş rejimindən qaçmalıdırlar.

Qeyd edək ki, alimlər yaxın 3 gündə güclü geomaqnit həyəcanlaşması gözlənildiyi ilə bağlı xəbərdarlıq ediblər.

Paylaş:
Загрузка...