CƏMİYYƏT

Keçmiş əri 27 yaşlı qızı küçədə döydü – BAKININ MƏRKƏZİNDƏ

Bakıda 27 yaşlı qız keçmiş həyat yoldaşı tərəfindən döyülüb.

Lent.az xəbər verir ki, polisə müraciət edən 1990-cı il təvəllüdlü Xəlilova Mina Novruz qızı bildirib ki, gecə saat 02 radələrində Bünyad Sərdarov küçəsi 12-nin qarşısında keçmiş həyat yoldaşı, 1984-cü il təvəllüdlü Ağasəlim Xəlilov tərəfindən xuliqanlıq zəminində döyülüb.

A.Xəlilov saxlanılaraq polis bölməsinə aparılıb. O, izahatı alınaraq buraxılıb.

Paylaş:
Загрузка...