CƏMİYYƏT

Keçmiş millət vəkilinə AĞIR İTKİ

2000-ci ildə Milli Məclis spikerinin müavini və parlamentin Hüququ-Siyasəti və Dövlət Quruculuğu komissiyasının sədri olan, mərhum Zakir Zeynalovun oğlu Adil Zeynalov dünyasını dəyişib.

Panorama.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, 4 ildir ki, əziyyət çəkdiyi ağır xəstəlikdən vəfat edib. A.Zeynalovun nəşi bu gün Türkiyədən Azərbaycana gətirilib.

Qeyd edək ki, A. Zeynalova 2014-cü ildən «Mila Displastik sindrom» diaqnozu qoyulub. O, Türkiyənin «Florence Nightinale» xəstəxanasında müalicə alırdı.

Xatırladaq ki, mərhum spiker müavininin oğlu Mərkəzi Seçki Komissiyasının Hüquq şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

Paylaş:
Загрузка...