CƏMİYYƏT

Kimin maaşı daha çoxdur: Deputatın, yoxsa polis rəisinin?

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deputatların maaşının artırılmasını təklif edib.

Komitə sədri bu gün parlamentdə büdcə müzakirələri zamanı deyib ki, Milli Məclis üzvlərinin maaşı rayon prokuroru və polis rəislərinin maaşından azdır.

AzVision.az-ın araşdırması zamanı məlum olub ki, Azərbaycanda deputatlar heç də polis əməkdaşlarından az maaş almırlar. Əksinə millət vəkillərinin maaşı daha çoxdur.

Məlumata görə, Daxil İşlər Nazirliyinin tabeliyində olan polis idarə rəisinin minimum əmək haqqı 800 manat civarındadır. Polis əməkdaşlarının maaşları iş stajına görə dəyişir. Ən yüksək maaş Çevik Polis Alayı və Dövlət Yol Polisində rəis vəzifəsini tutan şəxslərə verilir. Onların staja görə maaşları 1500 manatadək dəyişir.

Milli Məclisə gəlincə, parlamentin sədri 2500, sədr müavinləri 2300, komitə sədrləri 2200, sıravi deputatlar isə 2000 manat maaş alır. Bu, millət vəkillərinin maaşlarından gəlir xərcləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Həmkarlar İttifaqına pul çıxıldıqdan sonra aldıqları məvacibdir.

Paylaş:
Загрузка...