CƏMİYYƏT

“Kontakt Home” zay məhsullar satır — Açıqlama

“Kontakt Home” istehlakçıların hüquqlarını pozmaqda və keyfiyyətsiz malların satışını həyata keçirməkdə davam edir.

Axar.az xəbər verir ki, bu sözləri “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov sosial şəbəkədə paylaşıb. O, AİİB-ə daxil olan şikayətlərin bir çoxunun “Kontakt Home” ilə bağlı olduğunu bildirib. Mağaza ilə bağlı İB-ə daxil olmuş şikayəti ictimailəşdirən E.Hüseynov qeyd edib ki, bu şirkətdən gələn çoxsaylı şikayətlərin ardı-arası kəsilmir.

Məsələ ilə bağlı “Kontakt Home” məişət əşyaları satışını həyata keçirən mağazalar şəbəkəsinin müştəri xidmətlərindən Axar.az-a bildiriblər ki, daxil olan bütün şikayətlər nəzərə alınır və araşdırılır:

“Mağazamızdan alınan hər hansısa məhsulda problem yarandığı təqdirdə müştəri onu həm başqası ilə dəyişə, həm də geri qaytara bilər. Vətəndaşın aldığı məhsulda hansısa problem qeydə alınıbsa, məhsul 14 gün ərzində geri qaytarıla bilər. Ancaq məhsulun üzərində heç bir ləkə, xəta olmamalı, hər hansısa müdaxilə edilməməli, alındığı gün kimi yeni və problemsiz olmalıdır. Belə olduğu təqdirdə müştərinin geri qaytarma səbəbi öyrənilir və texniki servisdə avadanlıq yoxlanılır. Əmin olunsa ki, məhsula heç bir müdaxilə edilməyib, o zaman dəyişdirilə və ya qaytarıla bilər”.

Müştəri xidmətlərindən bildirilib ki, alınan avadanlıqda hər hansısa problem olubsa, qəbzdə göstərilən zəmanət çərçivəsində məhsul mağazanın hesabına düzəldilə bilər.

Paylaş:
Загрузка...