CƏMİYYƏT

Kran fəhlənin üstünə aşdı

Bu gün günorta saatlarında Səbail rayonu, Yeni Salyan şosesi 22 ünvanında yeni tikilməkdə olan binada bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, “Portos” MMC şirkətinə məxsus qaldırıcı kran həmin tikintidə fəhlə işləyən 1960-cı il təvəllüdlü Bakı sakini Xəlilov Aqilxan İman oğlunun üzərinə aşıb. Nəticədə fəhlə dünyasını dəyişib.

Paylaş:
Загрузка...