CƏMİYYƏT

Kreditlə tətil: 5 gün istirahət elə, 24 ay pulunu ödə… VİDEO

Bu xəbərimiz kreditlə bağlıdır. Ancaq bu dəfə məsələ bir az fərqlidir. Söhbət kreditə satılan turpaketlərdən gedir. Təsəvvür edin, 5 günlük istirahət üçün iki il kredit ödəməli olursunuz. Maraqlıdır ki, istirahətə görə kredit alanların sayı kifayət qədərdir.

İstənilən qiymətə hər hansı bir ölkəyə səyahət üçün turpaket götürürsən, ödənişini kreditlə həyata keçirirsən. Bir çox turizm şirkəti müştəri cəlb etmək üçün müxtəlif kredit kampaniyaları təşkil edir.

Son zamanlar xüsusilə xarici ölkələrə turist səfərlərinə marağın artması turizm şirkətlərini hərəkətə keçirib. Kreditli səyahət paketinin üzərinə əlavə faiz gəlməsinə baxmayaraq, belə kampaniyalara maraq az deyil.

Bundan əlavə, istirahətə getməzdən 6 ay qabaq da turpaket alanlar var ki, onlara hissə-hissə ödəmə imkanı verilir. Amma bu zaman turun ödənişini istirahətə gedən günə qədər tamamlamaq tələb olunur.

Ancaq kreditlə turpaket alanlara cəmiyyətdə münasibət birmənalı deyil.
Təkliflər nə qədər cəlbedici olsa da, ayağı yorğana görə uzatmaq daha yaxşı olardı. Əks halda 5 günlük istirahətin borcunu aylarla, hətta illərlə ödəməli olarsınız. \\xezerxeber

Paylaş:
Загрузка...