Türkiyə mətbuatı Rusiyada və Qafqazda ən nüfuzlu Azərbaycan mafiya liderlərindən olan «Lotu Quli» ləqəbli Nadir Səlifova qarşı sui-qəsd cəhdi barədə yazıb.

GoldNews.az xəbər verir ki, Bahçelievlərdəki «Ömür Plaza»da keçirilən xüsusi əməliyyat zamanı kriminal aləmdə «Şirinlər Qrupu» olaraq bilinən Mehmet Sabri Şirin və yaxınları saxlanılmışdı. Nadir Səlifovun qaldığı evi basmaq üçün hazırlanan 11 nəfərlik qrupa «Lənkəranski»nin qardaşı Namiq Canıyev liderlik edib.
Canıyev böyük qardaşının intiqamını almaq üçün Lotu Qulinin izinə düşüb və türk mafiyası ilə təmas qurub. «Ömür Plaza»aya gələn dəstə üzvləri sui-qəsd cəhdi ilə əlaqədar olaraq yığıncaq edib. Ticarət mərkəzinə keçirilən əməliyyat zamanı insanlar təcili təxliyyə edilib. Daha sonra isə xüsusi-təyinatlı dəstə ticarət mərkəzində əməliyyat keçirib.
«Ömür Plaza»da keçirilən xüsusi əməliyyat zamanı insanlar təxliyyə edilir

Mafiyalar arasında müharibə Rusiya, Ukrayna, Gürcüstan və Türkiyədə böyük nüfuza sahib olan mafiya liderləri «Ded Xasan»ın 16 yanvar 2013-cü il tarixində öldürülməsi ilə başlayıb. «Ded Xasan»ın ölümünü sifariş verən «Lənkəranski» ötən il Beşiktaşda öldürülüb. Bu sui-qəsd üçün məsuliyyət daşıdığı iddia edilən şəxs «Lotu Quli»nin yaxın adamı Elşən Əmircanski olub. O isə 11 sentyabr 2017-ci il tarixində Gürcüstanda öldürülüb.