CƏMİYYƏT

“Lider” televiziyası və “Azeri Defence” jurnalının birgə təşkilatçılığı ilə hərbi hissədə bayram tədbiri keçirilib – FOTO

“Lider” televiziyası və “Azeri Defence” jurnalının birgə təşkilatçılığı ilə Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən hərbi hissəsində 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirib.

“AzeriDefence” xəbər verir ki, tədbirdə çıxış edən hərbi hissə komandirinin şəxsi heyyətlə iş üzrə müavini, polkovnik-leytenant Rasim İbrahimov əsgər və zabitləri qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbrik edib.

Sonra çıxış edən  “Azeri Defence” jurnalının baş redaktoru Rəşad Süleymanov 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə zabit və əsgərləri təbrik edib, ordu quruculuğunda gedən inkişaf, silahlanmaya daxil olan silah və texnika haqında danışıb.

Daha sonra tədbir, incəsənət xadimləri və hərbi hissənin istedadlı əsgərləri tərəfindən konsert proqramı ilə davam etdirilib.

Qeyd edək ki, bayram tədbirinə dekabrın 31-də, saat 11:00-da “Lider” televiziyasında yayımlanan “Əsgər andı” proqramında Anar Şuşalının təqdimatında baxa bilərsiniz.

Paylaş:
Загрузка...