Bir neçə gün əvvəl gürcüstanlı avtoritet Lotu Quliyə sərvət dəyərində təsbeh hədiyyə olunduğu barədə məlumat vermişdik.

Panorama.az xəbər verir ki, mətbuatda həmin bahalı hədiyyə barədə məlumat yayılsa da, əl işi olan bu dəyərli əşyanı ona hədiyyə edən şəxsin kimliyi barədə məlumat verilmirdi. Sadəcə adının Mark olduğu bilinirdi.

Hətta qeyd edilirdi ki, həmin dəyərli nəsnənin qiyməti bahalı xarici maşına bərabərdir.

Quliyə bu hədiyyəni kriminal dairələrə yaxınlığı ilə tanınan Mark Qubinski adlı şəxs hədiyyə edib. O, Qulinin təsbehin fotosunu paylaşmasından sonra sosial şəbəkədə ona, «Sağlıqla istifadə elə, sən mənim qardaşımsan» cavabını yazıb.

Həmin fotonu təqdim edirik: