CƏMİYYƏT

Məktəb bufetlərində satışı qadağan olunmuş məhsullar – SİYAHI

Məktəb bufetlərinə verilən yeməklər bütün məktəblərdə eyni deyil. Bir sıra məktəblərdə şagird və müəllimlərə isti yeməklər də təklif olunur.

Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarında iaşə xidməti Nazirlər Kabinetinin “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normalarının təsdiq edilməsi haqqında” Qərarına uyğun olaraq aparılır və nəzarətdə saxlanılır.

“Məktəb bufet və yeməkxanalarının fəaliyyətinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə bağlanmış müqavilə çərçivəsində iaşə xidməti göstərən müvafiq müəssisələr məsuliyyət daşıyır. Bununla belə, məktəb bufet və yeməkxanalarına nəzarət işi mütəmadi olaraq yerinə yetirilir. Məktəbin bufetinin sahəsi və maddi-texniki bazası imkan verdiyi halda isti yeməklər verilən təhsil müəssisələrinin sayı artırıla bilər”.

BŞTİ-dən bildirilib ki, ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarında satışı qadağan olunmuş məhsullara təsadüf edilmir.

Ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarında satışı qadağan olunmuş məhsulların siyahısı:

Paylaş:
Загрузка...