CƏMİYYƏT

Məleykə Əsədova Ramiz Məliki məhkəməyə verir QALMAQAL BÖYÜYÜR

Xalq artisti Məleykə Əsədova həmkarı Ramiz Məliki məhkəməyə verməyə hazırlaşır.

Oxu.Az-ın xəbərinə görə, müğənni bu barədə öz Instagram hesabında yazıb.

“Xalq artisti Ramiz Məlikin saytların birinə ailəm, anam və atamla bağlı verdiyi açıqlamadan sonra ciddi düşündüm. Biz onunla məhkəmədə görüşəcəyik. Mən valideynlərimin ruhuna görə onu bağışlamayacam və qanun qarşısında işlətdiyi şərəf və ləyaqəti alçaldan sözlərə görə cavab verəcək. Bu yaşıma kimi heç bir məhkəməyə müraciət etməmişəm. Ancaq bu dəfə ailəmə dil uzatdılar”, — M. Əsədova yazıb.

 

Paylaş:
Загрузка...