CƏMİYYƏT

Mənzil alan mətbuat katibləri — SİYAHI

Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair prezidentin 2013-cü ildə imzaladığı sərəncama uyğun olaraq, 20 iyul 2017-ci ildə jurnalistlər üçün yeni tikilən ikinci binadan KİV nümayəndələrinə mənzillər verilib.

Panorama.az xəbər verir ki,  jurnalistlər üçün yeni tikilən bina 17 mərtəbə, 3 blok və 255 mənzildən ibarətdir. Nəşriyyat, informasiya agentikləri, televiziya, eləcə də xəbər portalları və.s media qurumlarında çalışan jurnalistlərlə yanaşı, mənzil alanlar arasında dövlət qurumlarının mətbuat xidmətində çalışlan işçi və katiblər də var.

1) İbrahimova İradə Tahir qızı — Ekologiya və Təbii Sərvətlər Nazirliyi Mətbuat xidməti
2) Hacıyev Hikmət Fərhad oğlu — Xarici İşlər Nazirliyi Mətbuat Xidməti
3) Məmmədova Səmayə Tofiq qızı — Gənclər və İdman Nazirliyi Mətbuat xidməti
4)Nəsirov Akif Təvəkkül oğlu —  Milli Məclisin Mətbuat Xidməti

5)Miraləm Elşad Mircavad oğlu — Diasporla İş üzrə Dövlət Komitəsi Mətbuat xidməti
6) Yusifzadə Rasim Elxan oğlu — AR Prezidentinin Mətbuat Xidməti
7) Məhəmmədov Kənan Tofiq oğlu — AR Prezidentinin Mətbuat Xidməti

Qeyd edək ki, bu gün prezident İlham Əliyev  jurnalistləri üçün Bakı şəhəri Səbail rayonu ərazisində üçüncü binanın təməl qoyma mərasimində iştirak edib.

Paylaş:
Загрузка...