CƏMİYYƏT

Məşhur “Forbes” jurnalı azərbaycanlı qızdan yazdı – FOTO

Məşhur «Forbes” jurnalı azərbaycanlı qızdan müsahibə alıb.

Panorama.az Milli.az-a istinadən xəbər verir ki, jurnalda Lənkəranda doğulub, San-Fransiskoda yaşayan azərbaycanlı Aytəkin Əliyavanın müsahibəsi çap olunub.

Məqalədə onun yaratdığı Femigrants sosial şəbəkə layihəsi təqdir olunub.
Instagram və Facebook-da «Data Integrity” mütəxəssisi olan Aytəkin Əliyeva Femigrants şəbəkəsini qadın immiqrantlara kömək etmək üçün yaradıb. Femigrant-ın ilk forumu mart ayının 22-də San Fransiskoda keçirilib.

Qeyd edək ki, «Female” (qadın) və «immigrant” ( mühacir ) sözlərinin birləşməsindən yaranan Femigrants sosial şəbəkəsi 3000-dən çox immiqrant qadın sahibkar və biznes liderin istifadə etdiyi sosial şəbəkədir.

Paylaş:
Загрузка...