CƏMİYYƏT Xüsusi

Məşhur iş adamının nəvəsi həbs olundu

Məşhur iş adamı Zaman İsgəndərovun nəvəsi Kənan İsgəndərov həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, bir neçə gün əvvəl K. İsgəndərov hüquq mühafizə orqanları tərəfindən saxlanılıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin rəisi vəzifəsini daşıyan K.İsgəndərov Cinayət Məcəlləsinin bir sıra maddələri ilə ittiham olunur.

Həbs olunan şəxs həmçinin, Təhsil nazirinin keçmiş müavini İsgəndər İsgəndərovun oğludur.

Paylaş:
Загрузка...