CƏMİYYƏT

Mətbuat Şurasının yeni İdarə Heyəti — SİYAH

Bu gün Mətbuat Şurasının VII qurultayı keçirilir. Qurultayda şuranın sədri və İdarə Heyətinin üzvləri seçilib.
Qaynarinfo xəbər verir ki, İdarə Heyətinin üzvlərinin sayı artırılaraq 17-dən 23-ə çatdırılıb. Onlardan 11-i jurnalist, 7-si ictimaiyyət nümayəndələri, 5-i internet informasiya resursu təmsilçiləridir:
Jurnalistlər — Əflatun Amaşov, Vüqar Rəhimzadə, Umud Rəhimoğlu, Rəşad Məcid, Aydın Quliyev, Akif Aşırlı, Rauf Arifoğlu, Elçin Mirzəbəyli, Aynur Camalqızı, Bəxtiyar Sadıqov, Bahəddin Həziyev.
İctimaiyyət nümayəndələri — Vüqar Səfərli, Müşfiq Ələsgərli, Aqil Abbas, Cavanşir Feyziyev, Hikmət Babaoğlu, İlham İsmayılov, Yadigar Məmmədli.
İnternet informasiya resursu təmsilçiləri — Vüsalə Mahirqızı, Azər Həsrət, Niyaz Niftiyev, Rəhman Hacıyev, Anar İmanov.
Qeyd edək ki, Əflatun Amaşov yenidən Mətbaut Şurasının sədri seçilib.
Paylaş:
Загрузка...