CƏMİYYƏT

Masallı Mamed, Sabirabadlı Hikmət və Tacir Şahmalıoğlu — FOTO

Müğənni Tacir Şahmalıoğlunun illər öncə çəkilmiş fotosu yayılıb.

Fotoda sənətçiylə yanaşı “qanuni oğru”lar Masallı Mamed (Məmməd Hüseynov) və Sabirabadlı Hikmət (Hikmət Muxtarov) də yer alıb. Çox böyük ehtimal ki, foto təxminən 15 il öncə çəkilib.

Tacir Şahmalıoğlu Yenicag.az-a açıqlamasında bunları deyib:

“15 il əvvəl çəkilmiş şəklimi ortaya niyə çıxarırlar, bilmirəm. Mən bəyəm avtoritetəm? Kriminal aləmin adamıyam? Müğənniyəm, toyda oxumuşam. Həmin adamlar da toyda qonaq olublar. Ürəyim istəyib, onlarla birgə şəkil çəkdirmişəm. Burda nə var axı? Buna görə məni öldürməyəcəklər ki… Bəyəm Hikmətlə Mamed balaca adamlar olub? Onlar yaxşı oğlan kimi ad çıxarıblar. Boş-boş söhbətlərlə məni gündəmə gətirmək kimin nəyinə lazımdır? Qoyun oturmuşam yerimdə, sənət adamıyam, sənətimlə məşğulam”.

Qeyd edək ki, Masallı Mamed 2011-ci ildə həbsxanada vəfat edib. Sabirabadlı Hikmət isə 2006-cı ildə Moskvada qətlə yetirilib.

Paylaş:
Загрузка...