CƏMİYYƏT

“Maşın”dan əlini çəkdi və getdi

Əməkdar artist Murad Dadaşovun təqdimatında ATV telekanalında “Qarşıdurma” şüarı ilə yayımlanan “Maşın” şounu daha bir iştirakçı tərk edib.

Oxu.Az-ın məlumatına görə, müğənni Üzeyir Mehdizadə avtomobildən əlini çəkərək verilişdən ayrılıb.

Buna səbəb nahar vaxtı rəqqasə Oksana Rəsulova ilə aralarında baş vermiş mübahisə olub.

“Mən bunu bir oyun bilib gəlmişdim, amma bunun şəxsi münaqişə olacağını bilmirdim. Bir avtomobilə görə səsimi camaata yüksəldə bilmərəm!”, — Üzeyir deyib.

İştirakçılar isə SMS səsverməsinə aktyor Mehrəliyevi çıxarıblar. O, səs topladığı təqdirdə aparıcı Azər Zahidi oyundan uzaqlaşdıracağını bildirib.

Sonda tamaşaçıların səsverməsi ilə 64,17 % səs toplayaraq İslam verilişdə qalıb. Şoudan meyxanaçı Üzeyir Mehdizadə getdiyi üçün İslam heç kimi çıxarmayıb. Azər isə səsverməyə çıxarılacağı təqdirdə İslamı oyundan kənarlaşdıracağını deyib.

Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır.

Hazırda şouda mübarizəni aktrisa Pərvin Abıyeva, aktyorlar İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, müğənnilər Təranə Qumral, Nadir Qafarzadə, Cavad Rəcəbov, Səidə Sultan, rejissorlar Aqil M.Quliyev, Kənan M.M., aparıcı Azər Zahid, prodüser Tarix Əliyev, jurnalist Vüqar Vüqarlı, rejissor-aktyor Sərxan Kərəmoğlu, aktrisa-rəqqasə Oksana Rəsulova davam etdirir.

Paylaş:
Загрузка...