CƏMİYYƏT Xüsusi

Mehman Əliyev azadlığa buraxıldı

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbsdən buraxılıb.

Panorama.Az APA-ya istinadən xəbər verir ki, məhkəmənin bu gün keçirilmiş iclasında onun barəsində həbs qətimkan qərarı dəyişdirilib.

M. Əliyev prosesdən çıxandan sonra jurnalistlərə açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevə müraciət etdiyini, müraciətində agentliyin fəaliyyətini xatırlatdığını, barəsində qaldırılmış cinayət işi ilə bağlı istintaqdan yayınmadığını, həbs qərarının dəyişdirilməsini xahiş etdiyini bildirib.

M. Əliyev həbsdə saxlandığı yerdə ona normal münasibət göstərildiyini də qeyd edib.

 

Paylaş:
Загрузка...