CƏMİYYƏT

Mehriban Xanlarova Fədayə Laçınla bağlı Prezidentə müraciət etdi — «Ona böhtan atılıb»

Aktrisa Mehriban Xanlarova həbs edilən müğənni Fədayə Laçınla bağlı Prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya müraciət ünvanlayıb.

GoldNews.az xəbər verir ki, bu barədə əməkdar artist şəxsi İnstagram hesabında bildirib.

«Hörmətli Azərbaycan xalqı, bildiyiniz kimi bizim gözəl səsli bülbülümüz, Laçınımızın yadigarı Fədayə Laçın azadlıqdan məhrum edilib.. Günlərdir Fədayə haqqında danışılanları kənardan izləyib müşahidə edirəm.. Mənim həyatda Fədayə ilə yaxından münasibətim yoxdur. Amma Fədayəyə qarşı edilən haqqsızlığa susa bilmərəm… Çünki Fədayə azərbaycanlı qadındır və ən əsası isə anadır.. Fədayə Cinayətkar deyil! Oğru deyil! Sadəcə olaraq Fədayəyə qarşı böhtan atılaraq həbs edilib!! Mən cənab prezidentimizdən və Mehriban Əliyevadan incəsənət nümayəndəsi olaraq, xahiş edirəm ki, Fədayə Laçınlının məsələsini nəzarətdə saxlasın… Çünki Fədayə günahsızdır.. İnşaallah, haqq-ədalət öz yerini tapar..!!

Paylaş:
Загрузка...