CƏMİYYƏT

Metronun «Sahil» stansiyası SÖKÜLÜR? — AÇIQLAMA

2017-ci ilin avqust ayından təmirə dayandırılan metronun «Sahil» stansiyası ilə bağlı iki iddia sələndirilir. Versiyaların birinə görə, stansiya bir daha açılmayacaq, digər versiyaya görə isə açıqlacaqsa belə, onun üzərində yerləşən bina söküləcək… Təmirin uzunmüddətli olması ağıllarda sual işarəsi yaradır. Modern.az suallara aydınlıq gətirməsi üçün rəsmi quruma müraciət edib.

Məsələ ilə bağlı modern.az-a açıqlama verən «Bakı Metropoliteni» QSC-nin mətbuat xidətinin rəhbəri Nəsimi Paşayev bu iddiaları əsassız adlandırıb. O, metronun «Sahil» stansiyasında gedən təmir işlərinin 2018-ci ilin iyul ayına qədər yekunlaşacağını bildirib:

Qurum rəsmisi stansiyanın uzunmüddətli təmirə dayanmasının özəl səbəbinin olmadığını bildirib:
«Stansiyadakı eskalatorların istismar müddəti başa çatdığından o, təmirə dayandırılıb. 2011-ci ildə başladılan Bakı metropoliteninin inkişafına dair Dövlət Proqramına əsasən, eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması, mərmər-qranit örtüyünun və avadanlıqların yenilənməsi də nəzərdə tutulub. Təmir zamanı stansiydakı «LT-3» tipli üç eskalator söküləcək və əvəzində Almaniyanın «ThyssenKrupp Fahrtreppe» şirkətinin «Viktoriya» tipli dörd eskalatoru quraşdırılacaq».

N.Paşayevin sözlərinə görə, Sahil stansiyasının sərnişin tutumu qışda pik saatlarda 32 min, yayda isə 25-27 min nəfərdir.

Qeyd edək ki, hazırda qatarlar stansiyada dayanmadan hərəkət edir.

Paylaş:
Загрузка...