CƏMİYYƏT

MN: «Azərbaycan ordusu heç bir itki verməyib»

Azərbaycan Müdafiə Nazirliyi cəbhə xəttində guya gərginliyin yaranması, Azərbaycan tərəfinin itkilər verməsi barədə Ermənistan tərəfinin yaydığı məlumata münasibət bildirib.
Müdafiə Nazirliyindən Panorama.az-a verilən məlumata görə, ermənilərin təxribat məqsədilə yaydığı xəbərin heç bir əsası yoxdur: «Ermənilər o dərəcədə qorxurlar ki, hər tərəfdə onların gözlərinə Azərbaycan əsgəri görünür və bundan da xoflanırlar. Ordumuz atəşkəs rejiminə tam riayət etməklə düşmənin istənilən hərəkətini nəzarətdə saxlayır və bölmələrimiz heç bir itki verməyib».
Paylaş:
Загрузка...