CƏMİYYƏT

MN: Ermənistan tərəfi kağız üzərində “qəhrəmanlıqla” məşğuldur

Müdafə Nazirliyi Azərbaycan Silallı Qüvvələrinin hərbçisinin yaralanması barədə ermənilər tərəfindən yayılan informasiyalara münasibət bildirib.

Müdafiə Nazirliyindən “Panorama”ya bildirilib ki, Ermənistan sosial səbəkələrində yalan və dezinformasiya xarakterli məlumat paylaşılıb: “Bildiririk ki, Ermənistan tərəfinin iddia etdiyi vəzifədə Natiq Qurbanov soyadlı hərbi qulluqçumuz ümumiyyətlə xidmət etmir.

Düşmən təbliğat maşınının belə ucuz dezinformasiya xarakterli xəbərlərdən istifadə etməsi suda boğulanın saman çöpündən imdad ummasına bənzəyir. Uğursuz cəhdlər edən düşmən tərəfi özünü kağız üzərində və virtual məkanda “qəhrəman” kimi göstərmək istəyir”.

Xəbər verildiyi kimi, 16-17 iyun tarixlərində Ermənistan Silahlı Qüvvələri 6 hərbi qulluqçusunu itirib. Düşmən çoxsaylı yaralıları isə məcbur qalaraq hər gün bir adla ortalığa çıxramqla daxili auditoriyanı sakitləşdirməyə cəhd edir.

Paylaş:
Загрузка...