CƏMİYYƏT

Müəllimlərin əlavə yerləşdirməsi bitdi

Azərbaycanda müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başa çatıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, əlavə yerləşdirmədə fənlər üzrə müvafiq keçid balını toplayan, eləcə də müəyyənləşdirilmiş keçid balından 10 faiz aşağı bal toplayan namizədlər iştirak ediblər.

Bu il əlavə yerləşdirmə mərhələsində dörd mindən çox vakansiya elan olunub.

Qeyd edək ki, builki müsabiqədə iştirak üçün 50 minədək namizəd qeydiyyatdan keçib. Sənəd qəbulu iyul ayından başlayıb.

Onların 40 mini müsabiqənin test mərhələsində iştirak edib. Müsabiqənin müsahibə mərhələsində 400-dək namizəd uğur qazana bilməyib. Ümumilikdə bu il dörd minə yaxın şəxs müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçib.

Paylaş:
Загрузка...