CƏMİYYƏT

mürlük məhbusların hansı halda azadlığa buraxılacağı açıqlandı

Azərbaycan Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Vüsal İsayev ömürlük azadlıqdan məhrumetmə cəzası ilə bağlı yaranmış ziddiyyətlərə aydınlıq gətirib.

AzVision.az-ın məlumatına görə, Vusal İsayev Milli Məclisdə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, Cinayət Məcəlləsinin 57.3 (Ömürlük azadlıqdan məhrum etmə) maddəsinə əsasən, məhkəmə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növünü müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əvəz edə və ya onu bu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.

Sektor müdiri bildirib ki, hazırda bu məcəllənin 57.4-cü maddəsinə əsasən, məhkəmə ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növü 15 ilə qədər müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilir: “Dəyişikliklə “15” il “10” illə əvəz edilir. Yəni, bu o demək deyil ki, ömürlük cəzaya məhkum edilənlər 10 ildən sonra azadlığa buraxıla bilər. Burada 25+10 hesablanır. Yəni, 35 il olacaq”.

Paylaş:
Загрузка...