CƏMİYYƏT

Nərmin Can: «Belə bir şey yoxdur»

 “Qarabağ” – “Kopenhagen” oyununda komandamıza qələbə qazandırması ilə ölkə gündəminə damğa vuran Mahir Mədətov bir neçə gündür ki, mətbuatın diqqət mərkəzindədir.

Bu gün gənc futbolçu ilə bağlı yayılan bir məlumat isə böyük marağa səbəb olub. Belə ki, mediada M.Mədətovun “CBC Sport” telekanalının aparıcısı Nərmin Cana gül buketi göndərməsi haqda xəbər yayılıb. Gənc futbolçumuzun cazibədar teleaparıcıya qarşı sevgi hissi bəslədiyi deyilir.

Məlumatı dəqiqləşdirmək üçün N.Canla əlaqə saxladıq. O, A24.Az-a açıqlamasında yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirdi.

“M.Mədətovun mənə gül göndərdiyini, futbolçunun məni sevdiyini yazırlar. Bunlar hamısı yalandır. Belə bir şey yoxdur. O gülü də mənə 2016-cı ildə veriblər”, – deyə xanım aparıcı qeyd edib.

Paylaş:
Загрузка...