CƏMİYYƏT

Narazılar “Azərişığ”ın maşınını yandırdılar — RƏSMİ MÖVQE

Lənkəran rayonunun Liman şəhərinin narazı sakini “Azərişıq” ASC-yə məxsus “QAZel” markalı avtomobili yandırıb. Bu barədə virtualaz.org-a ASC-dən məlumat verilib.

Bununla birlikdə, qurumun mətbuat xidmətində daha öncə avtomobilin yandırılmasına “Azərişığ”ın əməkdaşları ilə yerli sakinlər arasında münaqişənin səbəb olması barədə bəzi KİV-lərdə yayılmış məlumatı təkzib ediblər.

ASC-nin bəyanatında bildirilir ki, qurumun əməkdaşları əraziyə təmir işlərinin görülməsi və borclu abunəçilərə elektrik verilişinin kəsilməsi məqsədilə göndəriliblər. Briqada işini bitirib nahara getmək istərkən, 2015-ci ildən bəri ödəniş etməyən abunəçilərdən biri “Azərişığ”a məxsus “QAZel” markalı avtomobil-kranı yandırıb.

“Hadisə vaxtı maşının yaxınlığında ASC-nin işçilərindən heç kim olmayıb. Buna görə də, yerli sakinlərlə münaqişə barədə yazılanlar həqiqəti əks etdirmir. Aqressivlik nümayiş etdirmiş borclu abunəçi ilə bağlı akt tərtib edilib və hüquq-mühafizə orqanlarına göndərilib”, — bəyanatda deyilir.

Paylaş:
Загрузка...