CƏMİYYƏT

Narkoloji dispanserdə OLAY: Ağrılara dözməyib…

Nahimov küçəsində yerləşən narkoloji dispanserdə intihara cəhd qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə Oxu.Az-a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.
Ötən gün axşam saat 22:00 radələrində əvvəllər Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə və saxlama) və 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddələri məhkum olunmuş 1983-cü il təvəllüdlü Quliyev Xəyyam Yusif oğlu palatada özünü asmaq istəyib.
Xoşbəxtlikdən dispanserin işçiləri vaxtında müdaxilə edərək Quliyevin həyatını xilas ediblər.
İlkin ehtimala görə, X.Quliyev narkoloji asılılıqdan yaranan ağrılara dözməyərək intihara əl atıb.
Paylaş:
Загрузка...