CƏMİYYƏT

Nazir: «İstiqlal»ın çəkisini 26 kiloqrama endirəcəyik

«»İstiqlal»ın təkmilləşdirilməsi prosesi davam edir».

«Panorama» xəbər verir ki, bunu Müdafiə Sənayesi Naziri Yavər Camalov «AzeriDefence» jurnalına müsahibəsi zamanı deyib.

Nazir bildirib ki, hazırda ordunun istifadəsində 14.5 mm çaplı snayper tüfənglərimiz var və cəbhə xəttində uğurla istifadə olunur:

«Biz çalışırıq ki, bu tüfəngin çəkisini azaldaq və 26 kiloqrama endirək». «Onu da qeyd edim ki, əvvəllər biz silahların lüləsini kənardan alırdıq. Bu gün 5.45 mm-dən 30 mm-dək çapda lülələri özümüz istehsal edirik» — deyə nazir əlavə edib.

Paylaş:
Загрузка...