CƏMİYYƏT

Nazirlər Kabinetinin istefa verəcək üzvləri — SİYAHI

Mərkəzi Seçki Komissiyası (MSK) dünən aprelin 11-də keçirilmiş prezident seçkilərinə yekun vurub.
Seçki Məcəlləsinin tələblərinə əsasən, MSK-nın seçkilərin nəticələrini təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə göndərib. Seçkilərin yekun nəticələrinə əsasən, hazırkı dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev səslərin 86,02 faizini toplayıb.
Ölkə qanunvericiliyinə görə, Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsinə əsasən, prezident seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi rəsmən elan etməlidir.
Konstitusiya Məhkəməsi seçkinin yekunlarını rəsmən elan etdikdən 3 gün sonra isə prezident seçilmiş şəxs Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içməlidir.  And içdiyi gündən Azərbaycan Respublikasının prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.
Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verməlidir.
Qeyd edək ki, Nazirlər Kabinetinə Baş nazir, onun müavinləri, nazirlər və başqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir.
Bəs onlar kimlərdir?
Nazirlər Kabinetinə daxil olan rəsmilərin siyahısını təqdim edirik:
Baş nazir Artur Rasizadə
Baş nazirin birinci müavini Yaqub Eyyubov
Baş nazirin müavinləri Əli Əhmədov, Abid Şərifov, İsmət Abasov, Elçin Əfəndiyev
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov
xarici işlər naziri Elmar Məmmədyarov
müdafiə naziri Zakir Həsənov
ədliyyə naziri Fikrət Məmmədov
daxili işlər naziri Ramil Usubov
fövqəladə hallar naziri Kəmaləddin Heydərov
müdafiə sənayesi naziri Yavər Camalov
maliyyə naziri Samir Şərifov
vergilər naziri Mikayıl Cabbarov
iqtisadiyyat naziri Şahin Mustafayev
kənd təsərrüfatı naziri Heydər Əsədov
energetika naziri Pərviz Şahbazov
nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə
əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov
səhiyyə naziri Oqtay Şirəliyev
mədəniyyət və turizm naziri Əbülfəs Qarayev
ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov
gənclər və idman naziri Azad Rəhimov
təhsil naziri  — boşdur
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri  — boşdur
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev
Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev
Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov
Milli Arxiv İdarəsinin rəisi Ataxan Paşayev.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli. (Modern.az )
Paylaş:
Загрузка...