CƏMİYYƏT

Nazirlik xəbərdarlıq etdi – Bu müəllimlər işdən azad ediləcək

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar təhsil müəssisələrində pul yığılması halları olarsa valideynlər Təhsil Nazirliyinin “146” qaynar xəttinə müraciət edə bilərlər.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən bildirilib.

Nazirlikdən bildirilib ki, bu halların hər biri araşdırılacaq: “Əgər araşdırma zamanı fakt təsdiqini taparsa, məktəblərdə pul yığan müəllim və direktorlar vəzifələrindən azad ediləcəklər”.

Nazirlikdən o da qeyd olunub ki, belə halları ölkədə müəllim peşəsinin ictimai nüfuzuna xələl gətirir.

Paylaş:
Загрузка...