CƏMİYYƏT

Nazirlikdə işçilər kütləvi ixtisar edilir? — AÇIQLAMA

«Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin «Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində, eləcə də digər tabeli qurumlarında işçilərin kütləvi ixtisarı aparılmır».
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (NRYTN) Unikal.org-a verilən məlumata görə, bu barədə nazirliyin Bakı Telefon Rabitəsi” MMC-də (Baktelekom) aparılan kadr islahatları ilə bağlı bəzi KİV-də yayılan məlumatla bağlı daxil olan sorğulara cavab olaraq bildirilib.
Məlumatda deyilir ki, «Baktelekom» ilə aidiyyəti telefon qovşaqlarının əməkdaşları arasındakı münasibətlər mövcud əmək qanunvericiliyinin tələblərinə uyğun tənzimlənir: «Hazırda «Baktelekom»da daha çevik idarəetmə modelinin tətbiqi məqsədilə mərkəzləşdirmə prosesi həyata keçirilir. Belə ki, mövcud telefon qovşaqlarının «Baktelekom»a birləşdirilməsi yeni texnologiyaların tətbiqi və günün tələbləri baxımından labüddür».
Paylaş:
Загрузка...