CƏMİYYƏT

Nazpəri Fədayə Laçından DANIŞDI: «… xəyanət etməz»

“Fədayə çörəyini yediyi xalqına xəyanət etməz”.

Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva A24.Az-a açıqlamasında müğənni Fədayə Laçınla bağlı danışarkən deyib.

“Fədayəni sakit, sənəti, oğlu ilə məşğul olan bir şəxs kimi tanıyıram. O, hər zaman həm maddi, həm də mənəvi cəhətdən ailəsinin üstündə dururdu. Yaşı balaca olsa da, böyük kimi görünən fədakar bir qız kimi görürəm. Düşünmürəm ki, o, yanlış addım atsın. Ola bilsin, yanlış anlaşılma olub. Sevgi bəzən insanın qulaqlarını kar, gözlərini kor edir. Amma düşünmürəm ki, Fədayə çörək qazandığı, su içdiyi, yaşadığı dövlətinə, ölkəsinə xəyanət etsin. Buna qətiyyən inanmıram. Fədayənin heç vaxtı, heç kimlə söz-söhbəti olmayıb. Dövlətimiz yəqin ki, hər şeyi aydınlaşdıracaq. Fədayə Laçının bacısı İlahə Fəda mənə müraciət etdi. Məndə imzaladım və düşüncələrimi bildirdim”.

F. Laçının azadlığa buraxılması ilə bağlı prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayan 9 xalq artistindən biri olan Nazpəri Dostəliyeva Tacir Şahmalıoğlu və Fədayə Laçın münasibətləri haqqında bunları deyib:

“Mən bu haqda ümumiyyətlə heçnə demək istəmirəm. Hər kəs öz həyatın yaşayır. Kimi doğru deyir, kimi yalan. Fədayənin bu işinə qarışmıram. Tacir isə çox gözəl ifaçıdır”.

Paylaş:
Загрузка...