CƏMİYYƏT

Neftçilər Xəstəxanasının Ürək və Damar Xəstəlikləri Mərkəzi endirimli «check-up» aksiyası keçirəcək

Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və Damar Xəstəlikləri Mərkəzi sentyabrın 11-dən 14-ə qədər endirimli payız kardioloji «check-up» aksiyası təşkil edəcək.

Bu haqda Panorama.az-a xəstəxananın Ürək və Damar Xəstəlikləri Mərkəzindən məlumat verilib.

Bildirilir ki, sentyabrın 11-14-dək təşkil ediləcək endirimli aksiyanın müayinələrinə aşağıdakılar daxildir:

-həkim qəbulu
-elektrokardioqram
-exokardioqram
-stress test(fiziki yüklənmə sınağı)

Fiziki hərəkət zamanı təngənəfəslik,döş qəfəsində yandırıcı ağrılar, halsızlıq, yüksək arterial təzyiq, aritmiyalar, şəkərli diabet, artıq çəki və s. əziyyət çəkirsizsə o zaman sentyabrın 11-14-dək Mərkəzi Neftçilər Xəstəxanasının Ürək və Damar Xəstəlikləri Mərkəzi tərəfindən təşkil olunacaq endirimli payız kardioloji «cek-up» aksiyasından yararlanın.

Müayinələr Tibb Elmlər Namizədi həkim-invaziv kardioloq Vüsal Məmmədov tərəfindən keçiriləcək.

Aksiyadan yararlanmaq üçün öncədən qeydiyyatdan keçmək lazımdır!

Qeydiyyat üçün əlaqə nömrəsi:(050)3225208
WhatsApp nömrəsi:(050)3225208

Paylaş:
Загрузка...