CƏMİYYƏT

Obamanın kişi sevgisi – KÖŞƏ

Orxan Aslanlı
 
Adətən, qocalardan eşidirik bu sözü: Bala, zəmanəmizin zibili çıxıb. Eynicinslərin nikahı, geylərin sayının artması və bunun kimi digər qeyri-əxlaqi hərəkətlər günü-gündən daha da artır. Buna misal olaraq ABŞ-da eynicinslərin evlənməsini dəstəkləyən qanun layihəsinin irəli sürülməsini göstərmək olar. Bəlkə də bunun qanun kimi qəbul olunması ağlamalıdır, ancaq bu məsələdə təbəssüm doğuran məqamlar da var. 
Bu qanun ABŞ-da qüvvəyə minərsə, Zimbabve prezidenti Robert Mugabe Barak Obama ilə evlənə bilər. Daha doğrusu, artıq Zimbabve prezidenti öz təklifini ictimaiyyət qarşısında açıqlayıb və Obama ilə evlənmək istədiyini dilə gətirib.
Demokratiyanın beşiyi adlanan ABŞ rəhbəri azadlıqlarından, demokratiya olduqlarından bu cürmü danışır? Yoxsa dünyada özünü «VİP” göstərməyə çalışan ABŞ-ın  niyyəti yenilik edib, özünü dünyaya fərqli şəkildə göstərməkdirmi?
Qanun qəbul olunmasa belə bu məsələnin artıq prezidentlər tərəfindən söhbət mövzusuna çevrilməsi, zənnimcə, biabırçılıqdır. Bu mövzunun müzakirəsi üstüörtülü şəkildə və yaxud təkbətək söhbət zamanı edilə bilərdi. Amma bütün dünya mediasının gündəminə qalxmaq, necə deyərlər, mətbuatın dilindən düşməmək prezidentə, milyonlarla insanın rəhbəri olan şəxsə yaraşmaz.
Obamanın bu qanunu dəstəkləməsi bir tərəfə, eyni zamanda onun eynicinslər haqqında dedikləri — «Bundan sonra amerikalılar daha azad və bərabər olacaqlar. Bu «Amerika üçün qələbə”dir” – son nöqtəni yaman pis vurub.
Yəqin ki, onun dediklərini şərh etməyə ehtiyac yoxdur. Çünki o da seçimini artıq edib. Bu hadisələr məndə belə bir təəssürat da yaratdı ki, məncə, tezliklə kişi ilə qadının ailə qurmasına pis baxılacağı dönəm gələcək. Nə edə bilərəm, dünyada baş verən proseslər, ağıllı hesab elədiklərimizin qəribə addımları bizi belə düşünməyə məcbur edir.
Ola bilər hərənin özünəməxsus düşüncəsi, fikri, ideologiyası, dünyagörüşü olsun. Amma bu o demək deyil ki, azadlıq deyəndə sən hər şey etməlisən. Azad yaşamağın, azad həyatın, hətta azad düşüncənin də özünəməxsus daxili sərhədləri var.  Bu yerdə Mahatma Qandinin bu hikmətli sözü yerinə düşər: «Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir”. Həqiqətən də, hər şey qaydasında olanda gözəl olur. Dahi şair Nizami Gəncəvi boş yerə deməyib: «Bir inci saflığı varsada suda, artıq içiləndə dərd verir o da”.
Qeyd edim ki, Barak Obamanın atası Barak Hüseyn Obama müsəlmandır. Bundan başqa «World Net Daily” (WND) xəbər saytının araşdırmasına əsasən hətta Obamanın nişan üzüyündə ərəb dilində «La ilahə illəllah» yazıldığı iddia edilir.
Ola bislin bu yazıya tənqiqdi yanaşanlar da olsun, amma biz eynicinslərin evlənməsini, kişilərin bir-birilə ailə həyatı qurmasını ən azından heç vaxt dəstəkləməmişik. Zimbabve rəhbəri Mugabe də yəqin ki, bu fikirdədi. Baxmayaraq ki, o, Obamaya evlənmək təklif edib, amma hər kəs yaxşı anlayır ki, o, bunu öz etirazını fərqli formada çatdırmaq üçün edib.
Obama özünü tam müsəlman saymasa da, onlara hörmət etdiyini daima bildirib. Amma deyəsən, artıq o hörmət yəqin ancaq sözdə qalıb.
Paylaş:
Загрузка...