CƏMİYYƏT

«Ölkənin generalıyam, məni siqaret satanlara görə tutmusunuz» — SON SÖZ DEYİLDİ

Prosesdə Azər Mehdiyev son sözlə çıxış edərək günahsız olduğunu deyib: «Məni ir Maqsud Mahmudovun işinə görə tutublar. Həni  epuzodda mənim günahım yoxdur. Barəmdə bəraət hökmü çıxarılmalıdır».
General Elçin Quliyev isə çıxışında kəskin danışmayıb: «Məni  siqaret satanlara görə tutub gətirmisiniz. Mənim nə qədər naliyyətlərim olub. Gəncə, «Sovetski» hadisələrində ciddi xidmətlərim olub.  Güclü əməliyyatlarım olub, hamısı da uğurla nəticələnib. Bu, belə olmaz. Mən ölkənin generalıyam. Heç bir günahım yoxdur. Bəraət istəyirəm».
O, çıxışında bir dəfə də olsun keçmiş rəhbərinin adını çəkməyib.
Daha sonra hakimlər kollegiyası hökm qəbul etmək üçün müşavirəyə çıxıb.
Hökmün elanı qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

**

11:30

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesinin davamı başlayıb.

Lent.az-ın məlumatına görə,  Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə general Elçin Quliyevin son sözlə çıxış edəcəyi gözlənilir.

Digər təqsirləndirilən polkovnik Azər Mehdiyev də son sözlə çıxış edəcək.

Bu gün hakimlər kollegiyasının hökm qəbul etmək üçün müşavirəyə çıxacağı gözlənilir.

Hazırda zərərçəkənlər və təqsirləndirilən şəxslərin yaxınları məhkəmə salonuna buraxılıb.

Jurnalistlər məhkəməyə buraxılmayıb.

Qeyd edək ki, prokuror çıxışında Elçin Quliyevin 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Eyni zamanda onların hərbi rütbədən məhrum olunması və əmlaklarının müsadirə edilməsi də təklif edilib.

Prokuror Dövlət Təhlükəsizlik Xidmətinin təqsirləndirilən Elçin Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq mülki iddiasının, həmçinin cinayət işində adı keçən zərərçəkmişlərində mülki iddiasının təmin olunmasını tələb edib.

Elçin Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. MTN-lə bağlı həbslər başlayanda o, adı çəkilən qurumun akademiyasına kafedra rəisi təyin edilib. Daha sonra cinayət işi üzrə həbs edilib.

Paylaş:
Загрузка...